Müsəlmanlar

Dəstəmazda ağız, burun və qulaq təmizliyi sünnədir yoxsa bidət?

Sual: Dəstəmazda ağız, burun və qulaq təmizliyi sünnədir yoxsa bidət?

Cavab: Quranda üz kəliməsi cəm şəkildə işlədilir.[1] Başın ön qisminin hansı üzvləri üzdən sayılmalıdır? Bu barədə məzhəblərin fərqli görüşləri vardır. Alimlər, ağız və burunun içi, eyni zamanda qulaqların üz qisminə daxil olub-olmadığı barədə ixtilaf edirlər. Bu barədə Quranın və rəsulullahın təmizliyə rəayət edin əmrini əsas alaraq, bizim də dəstəmaz alanda dəstəmazın bir şərti olaraq deyil, təmizliyin bir yolu olaraq bu üzvlərimizi yumamız yaxşı olar.

Bunun bir şərt olaraq əmr edilməməsi bizə görə; dəstəmazda çətinlik yaratmamaq üçün Allahın bir lütfüdür.

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1848.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur

[1] Maidə 5/6.