Sual: Hicab geyinməyən qadının günahkar olduğunu öyrəndik. Bəs, kişinin saqqal saxlamaması günah deyilmi? Saqqal saxlamayan kişi öz şəxsiyyətini bir müsəlman olaraq necə biruzə verəcəkdir?
Cavab: Quranda saqqal saxlamağı əmr edən bir ayə yoxdur. Lakin, hicab geyinməklə əlaqədar bir çox ayə vardır.[1]
Saqqal, Allah Təalanın kişi cinsinə verdiyi, yəni fitrətinə bəxş etdiyi lütfüdür. Kişilərdən bir çoxu bu sayədə zəhmli, əzəmətli və yaraşıqlı görünür. Əgər bir cəmiyyətdə saqqal saxlamaq müsəlman olmanın bir əlaməti olaraq görülürsə, o zaman saqqal saxlamaq lazımdır. Yox əgər belə bir anlayış yox isə və işlədiyi yerdə də icazə verilmirsə, saqqalı qırxmağında onun üçün bir günah yoxdur. Lakin, qadınların iş yerində ya da tədris sahələrində müdir icazə vermir deyə başlarını açması isə doğru olmaz. Çünki, hicab Allahın bir əmridir.
Qısacası, hər bir insan, Allahın əmrlərini yerinə yetirməklə öz müsəlmanlıq şəxsiyyətini biruzə verə bilər. Bu səbəblə, bir kişinin müsəlmanlığı onun saqqal saxlayıb saxlamaması ilə ölçülməz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Əhzab 33/59; Nur 24/31, 60.