Sual: Duxan surəsi 41 və 42-ci ayələrdə “O gün kimsə kimsədən kömək görməyəcəkdir. Lakin, Allahın mərhəmət edəcəyi şəxslər olacaqdır.”- buyurulur. Buna görə qiyamət günü Allah Təala cəhənnəmliklərdən istədiyinə şəfaət edər və nəticədə qiyamət günündə də şəfaətin olacağı başa düşülür. Bu mövzuda bir izahat verə bilərsinizmi?
Cavab: Duxan surəsinin 41 və 42- ci ayələrində belə buyurulur: “O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.”
Bu ayələrdən görüldüyü kimi heç kim bir başqasına kömək edə bilməyəcəkdir. Ancaq Allah bu ayədə olduğu kimi bir başqa ayədə də özünün razı qaldığı şəxslərə[1] mərhəmət edərək xilas edəcəkdir.
Allah Təala, Qariə surəsinin 6 və 9-cu ayələrində “(O gün) kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə (cəhənnəm) olacaqdır.”
Ayələrdə günahı savabına bərabər olanlardan xəbər vermir. Ümid olunur ki, Allahın mərhəmət etdiyi bunların içərisində Onun razı qaldığı şəxslərdir. Bunlar cənnətdəki yaxınlarının yanına yerləşdiriləcəklər ki, buna Quranın ifadəsilə şəfaət deyilir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[2]
Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Ənbiya 21/28.
[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]