Müsəlmanlar

Nisa surəsinin 101 və 102-ci ayələrinə əsasən namazların əsli iki rükətdir?

Sual: Nisə surəsinin 101 və 102-ci ayələrinə əsasən namazların əsli iki rükətdir?

Cavab: Bu ayələrdə ifadə edilən səfəri namazlardır. Qorxu zamanı və qarşınızda düşmən təhlükəsi olduğu zaman isə səfəri namazlar bir rükətə endirilə bilər. Rəsulullahın tətbiqatları da belə olmuşdur. Quranın əlaqədar ayələrini nəzərə almadan, səthi oxuyub keçmək surətilə özbaşlarına hökm verənlər, “namaz Quranda izah edilməmişdir, onu qəzaya buraxmaq da olar.”– deyənlər və namazı əhəmiyyətsiz görənlər heç də az olmamışdır.

Quranı oxuyanlar bunu başa düşməlidir ki; namazın və rükətlərinin varlığı, dinin varlığı qədər qədimdir. Bu səbəblə Quranda hərkəs tərəfindən bilinən şeyin geniş izahına yer verilməyə bilər.

Buna bənzər məlumatlara aşağıdakı linklərdən baxa bilərsiniz:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.