Müsəlmanlar

Dəstəmaz alanda hicabın üstündən məsh çəkə bilərik?

Sual: Qadınlar dəstəmaz alanda başına məsh çəkmək istədiyi zaman hicablarının üstündən məsh çəkə bilərlər?

Cavab: Məsh, toxunmaq mənasına gəldiyi üçün, istəyir başa, istəyir ayağa toxunduğunuz zaman, bu şərt yerinə yetirilmiş sayılır. Rəsulullah əleyhissəlam da dəstəmaz aldığı zaman sarığının üzərindən məsh çəkdiyi və corablarının üzərindən  məsh çəkdiyi rəvayət edilir. Qadınlar da o cümlədən dəstəmaz alanda hicabın üstündən və ya başlarına qoyduqları parikin üstündən məsh çəkə bilərlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6220.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []