Sual: Ömrəyə gedənin həccə getmək məcburiyyəti varmı?
Cavab: İmkanı varsa getmək məcburiyyətindədir. Allah Təala Quranda belə buyurmaqdadır: “Evi (Kəbəni) həcc etmək gücü çatan hər kəsin Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki Allahın aləmlərə ehtiyacı yoxdur.” ( Əli-İmran 3/97.)
Ayədə ifadə edildiyi üzərə bu əmr, imkanı çatanlar üçündür. İstəyir zəngin istəyir kasıb olsun oraya getməyə imkanı, gücü çatmayanlara isə fərz deyildir. Yoxsa bəzilərinin dediyi kimi, “Ömrəyə getdinmi, Kəbəyə getmək fərz olur”– sözünün heç bir dəlili yoxdur.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]