Müsəlmanlar
Dindən dönənlər mirasdan məhrum edilə bilərmi?

Dindən dönənlər mirasdan məhrum edilə bilərmi?

Sual: Dindən dönənlər mirasdan məhrum edilə bilərmi?

Cavab: Miras hüququ ilə əlaqədar məzhəb kitablarına bir çox səhv fikirlər əlavə edilmişdir. Bunlardan biri; “Din fərqi mirasa mane olur” fikridir. Bu fikirlərini əsaslandırmaq üçün hədis də uydurmuşlar. Quranda; “Allah övladlarınız haqqında (miras paylamağı) sizə tövsiyə edir…” (Nisə, 4/11.)

Bu ayədə müsəlman kəliməsi yoxdur. Quranda, bir müsəlmanın kafirə, bir kafirin də müsəlmana mirasçı olmasında heç bir maneə yoxdur. Bu cür fikirlər, sonradan siyasi mənfəətlər ölçüsündə meydana gəlmişdir. Məzhəblərin mirasla əlaqədar verdikləri fətvalar, bir kafirə müsəlman donu geydirməyə məcbur edir. Məzhəblərdə, kafirin bir müsəlmana mirasçı olma haqqı əlindən alındığı üçün, məsələn; atası müsəlman olan bir mürtədin miras üçün xaricdən müsəlman görünməsinə səbəb olmaqdadır. Əgər görünməsə mirasdan məhrum qalacaqdır. Evlilik mövzusunda da verdikəri fətvalar, ikiüzlülüyə və məcburiyyətə sövq edir. Dinini dəyişdirən gərək ərini və ya arvadını da dəyişdirsin. Çünki, nikahları batıl olmuş olur və bir-birinə mirasçı da ola bilməzlər.

Nəticə olaraq; İslama əsasən, din fərqinin mirasla heç bir əlaqəsi yoxdur.

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6258.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.