Müsəlmanlar

Ərdə olan bir qadının valideynlərini ziyarət etmə müddəti nə qədər olmalıdır?

Sual: Ərdə olan bir qadının valideynlərini ziyarət etmə və onların evində qalma müddəti nə qədər olmalıdır?

Cavab: Əqrabaları ziyarət etmək məsələsində örf-adətə də diqqət edilməlidir. Eyni zamanda əri ilə qarşılıqlı razılaşmaya da bağlıdır. Nə ər qadını, nə də qadın ərini çox sıxışdırmamalıdır. Çünki, hər qadının valideynlərini görmək və onları ziyarət etmək haqqı olduğu kimi, ərinə qarşı da haqları vardır.  Müasir dövrümüzdə bu cür haq və ehtiyaclar nisbətən telefonla təmin edilməkdədir. Getmək və gəlmək də hər iki tərəfin imkanlarına görə həyata keçirilməlidir. Çox imkan varsa, çox; az imkan varsa, az gedib, gələ bilərsiniz. Qalmaq da o cümlədən; qarşılıqlı razılaşma və imkanlara görə olmalıdır.

Allah Təala: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.”- buyurmaqdadır. (Nisə 4/36.)

Biz də bu əmrə uyaraq onları ziyarət etməli və ehtiyaclarını da bacardığımız ölçüdə təmin etməyə çalıışmalıyıq.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1840.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []