Sual: İsra surəsi 79-cu ayədə keçən “namaz qıl” ifadəsi təhəccüddü yoxsa vitr namazıdır?
Cavab: Vitr, tək deməkdir. Sonu tək rükətli namazlara vitr deyilir. Rəsulullah əleyhissəlam da namazını ən son tək rükətlə bitirirdi. Biz də işa namazından sonra qıldığımız nafilə namazların axırına tək rükət əlavə edərsək, bizim qıldığımız nafilələr vitr olmuş olur. Bu namazların vaxtı işa namazı ilə sübh namazı arasındadır. Əgər biz bu namazı gecə yatıb qalxdıqdan sonra yerinə yetirərsək, o zaman həm təhəccüd həm də vitri yerinə yetirmiş oluruq.
Allah təala, İsra surəsi 79-cu ayədə nəbimizə belə əmr etməkdədir: “Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.”
Bu ayədən başa düşüldüyü kimi nəbimizə təhəccüd namazı fərz qılınmışdır. Bizim üçün isə bu ibadəti yerinə yetirmənin böyük savabı vardır.
Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2868.html
http://www.muselmanlar.com/fitvalar/3265.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.