Müsəlmanlar

Qadın, iddə bitmədən ərinə qayıdarsa, yenə də talaqdan istifadə edilmiş olur?

Sual: Bir kişi arvadını boşayarsa, lakin hələ iddə müddəti bitmədən bu müddət içərisində arvadının ona qayıtması halında yenə də o talaq haqqından istifadə etmiş olurmu?

Cavab: Bəli! İstifadə etmiş olur. Əksi təqdirdə kişi arvadı ilə əylənməyə başlayar: “Səni boşadım”- deyər, arvad geri dönəndə yenə də heçnədən “səni boşadım”- deyər və arvadın əsəbləri ilə oynaya bilər. Beləliklə Allahın qoyduğu qaydaları oyunçağa çevirər.

Nəticə etibarilə, kişi arvadını boşamışsa, arvadın 3 ay gözləmə haqqı vardır. Arvad geri dönsə də dönməsə də kişi bir talaq haqqından istifadə etmişdir. Burada bir tək fərq vardır: Üç ay müddəti ərzində ərinə dönərsə, yenidən nikah qıymağa ehtiyac olmaz. Ancaq üç ay bitdikdən sonra dönərsə, yenidən nikah qıymaları və yeni bir mehir təyin etmələri lazımdır. Əgər tərəflərdən hər-hansı biri öz aralarında yenidən ailə qurmaq istəmirlərsə, başqa biriləri ilə evlənə bilərlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2282.html

http://www.muselmanlar.com/fitvalar/6395.html

http://www.muselmanlar.com/fitvalar/3276.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []