Müsəlmanlar
Bir kişi hansı hallarda boşadığı arvadına mehrini verməyə bilər?

Bir kişi hansı hallarda boşadığı arvadına mehrini verməyə bilər?

Sual: Bir kişi hansı hallarda boşadığı arvadına mehrini verməyə bilər? Belə bir hal mövcuddurmu?

Cavab: Bir kişinin arvadına xüsusi hallar müstəsna, mehir verməmək deyə bir haqqı yoxdur. Əgər arvad özü boşanmaq istəyirsə və ya arvadını zina halında görmüşsə, belə hallarda əri mehirdən imtina edə bilər. Quranda bu barədə belə buyurulur:

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Nisə, 4/19.)

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/?s=mehir

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []