Sual: Xəlifə Ömər dövrünə qədər mutə nikahının tətbiq edildiyi; amma sonradan Ömər tərəfindən ortadan qaldırıldığı ifadə edilir. Həqiqətən Ömərə qədər belə bir tətbiqat olubmu?
Cavab: Mutə, bir başqa adıyla siğə, qadın və kişinin bir-birindən cinsi yöndən faydalanması üçün razılaşdıqları qısa vədəli bir müqavilədir. Bu müqavilə bir günlük, beş günlük, bir aylıq ya da bir illik də ola bilər. Müqavilə bitdiyi gün qadın öz evinə, kişi də öz evinə qayıdır. Belə bir müqaviləni şiə məzhəbi caiz gördüyü üçün İranda çox yayğındır.
Çox təəssüf ki, Qurana zidd olan belə bir anlayış, əhli-sünnə mənbələrinə də bulaşmış və şiələr öz fətvalarına Öməri (r.a.) də alət etmişlər. Guya ki, “belə bir tətbiqat əvvəllər var idi, sonradan Ömər vasitəsilə ortadan qaldırılmışdır.” Halbuki nə Ömərin nə də Ömərdən əvvəl yaşamış peyğəmbər və səhabəsinin Qurana zidd belə bir davranışa icazə vermələri mümkün deyildir. Bu barədə ətraflı məlumat almaq üçün saytımızın aşağıdakı linkinə müraciət etməyinizi tövsiyə edirik:
http://www.muselmanlar.com/tedqiqatlar/5173.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.