Müsəlmanlar
Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir?

Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir?

Sual: Mövcud məallara baxan, Quranın əslinə uyğun olmayan fikirləri mənimsəməyə başlayır. Bilvasitə, Quranın da möcüzəvi xüsusiyyəti ortadan qalxmış olur. Bu məallar sayəsində yoldan çıxan adam günahkar olurmu?

Cavab: Bu səhv məallar əsrlərdir İslam aləminə düçar olan bir xəstəlikdir. Təəssüf ki, Qurani-Kərim hər məzhəbin öz görüşlərinə uyğun tərcümə edilmişdir.

İnsanlar fitrətlərində olan şeylərə rəayət etməklə mükəlləfdir. Bu biliklər başqalarından öyrənilmədən yaşanan beynəlxalq biliklərdir. Fitrətə tərs səhv biliklər Quranın tərcüməsində olsa belə, hər insan bunu tədqiq etməli və insan təbiətinə tərs olan şeyləri qəbul etməməlidir. Məsələn, Qurani-Kərimin Nəhl surəsinin 93-cü ayəsinə verilən səhv məallardan biri belədir: “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.”

Bu cür tərcüməni, yəni başı ilə sonu bir-birinə tərs düşən cümləni yalnız mühakimədən uzaq, şərtlənmiş insanlar qəbul edərlər. Əgər insanları Allah azdırırsa ya da doğru yola yönəldirsə, onda etdiyimiz əməllərdən niyə sorğu-sual olunmalıyıq?

Ayənin əsli isə belədir: “Əgər seçim Allahın olsaydı, sizi vahid tək ümmət edərdi. Allah azmağı seçəni azdırır, doğrunu seçəni də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.”

Oxuduğumuz səhv tərcümələrlə yanaşı, insan fitrətini pozmayacaq, fəqət səhv fikirlərə və yollara götürəcək bir çox tərcümələr də vardır. Bu cür tərcümələrin xatalı olduğunu hər adam bilməyə bilər. Ya ərəb dilində mütəxəssis ya da həmin mövzuda təcrübəli olmalıdır. Bu kimi xataları xalqın bilmədən olduğu kimi qəbul etməsinin məsuliyyəti həmin xataları təqdim edənlərə aiddir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.