Müsəlmanlar

“Ayədə var!”- deyərək arvadını döyən kişinin hökmü nədir?

Sual: Bir adam “Mən ayənin ərəbcəsindən onları döyün mənasını çıxarıram”- deyərək, arvadını döysə günaha girmiş olarmı?

Cavab: Tək o adam o cür məna çıxarmır ki? Bütün kitabların çıxardığı məna elə o cürdür.

Bir kişi arvadını döydüyü andan etibarən öz həyatını qaraltmış olur. Əri tərəfindən döyülən bir qadının, ərinə qarşı sevgisi və hörməti itməyə başlayır.

Qurani-Kərim, bir ərin arvadını sevməsə də onunla xoş davranmağı, tələbatını ödəməyi əmr etməkdə və əsla kobudluq edərək qəlbini qırmamağı məsləhət görməkdədir:

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar həyasız bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Nisə, 4/19.)

Bu barədə peyğəmbərimiz əleyhissəlamdan da çoxlu hədislər rəvayət edilməkdədir. Bir də bunu da unutmayaq ki, peyğəmbərimiz heç vaxt zövcələrinə əl qaldırmamışdır və o bizə bu mövzuda ən gözəl nümunədir.

Suala cavab verdi: Abdüləziz Bayındır.

Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə müraciət edin:

http://www.muselmanlar.com/tedqiqatlar/2144.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.