Müsəlmanlar

Rəsulullah dövründə Yəhudi və Xristianlar namaz qılıblar?

Sual: Rəsulullah qiblə dəyişilmədən qabaq əhli-kitabla bərabər namaz qılmışdı? Yəni, Yəhudi və Xristianlar rəsulullahın arxasında namaz qılmışdılar?

Cavab: Əhli-kitab əlbəttə ki, rəsulullahın (s.a.v.) arxasında namaz qılmışdır. Ayəti-Kərimədə bu barədə belə bildirilir:

“Beləliklə Biz sizi mərkəzdə olan bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidi” (Bəqərə 2/143.)

Yəhudilər qiblə dəyişdirilənə qədər rəsulullahın arxasında namaz qılırdılar. Nə zaman ki, qiblə əvvəlki yerinə dəyişdirildi, yəhudilər qürurlarına sığışdırmadılar və fitnə çıxararaq, rəsulullaha uymaqdan imtina etdilər.

Yəhudilər də eyni bizim kimi namaz qılarlar. Qılınış qaydası da dəstəmaz alma şəkli də eynidir. Dəstəmazda bir tək fərq vardır; onlar ayaqlarını yuyarlar, bizdə isə bu şərt Maidə surəsinin 6-cı ayəsində məsh edilmək surətilə ortadan qaldırılaraq asanlaşdırılmışdır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/6337.html

http://www.muselmanlar.com/fitvalar/6220.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []