Sual: Ata vəfat etdikdən sonra ana bütün malları mənimsəyir. Ərdə olan qızlarına maldan bir şey verilmir. Əslində miras ata vəfat etdikdən sonra adil bir qaydada paylanması lazım deyilmi?
Cavab: Miras, ata vəfat etdikdən sonra dərhal paylanmalıdır.
Ölünün mirasında dörd haq vardır: 1. Kəfənlənməsi və basdırılması. 2. Borcların ödənməsi. 3. Vəsiyyətinin yerinə yetirilməsi. 4. Malının mirasçılar arasında paylanması.
Analar ümumiyyətlə emosional davranaraq ərinin malı üzərində hakimiyyətini davam etdirmək istəyirlər. Onların isə belə bir haqları yoxdur. “Südümü halal etmərəm”— deyərək, uşaqlarını bu haqlarından döndərməyə çalışırlar. Halbuki, uşaqların mirasda haqqı olduğunu bildirən Allahdır. Analar bunu yaxşı bilməlidir ki; ona analıq şəfqətini və süd əmzirmə xüsusiyyətini verən də Allahdır. Allahın əmr etdiyini analar qadağan edə bilməzlər. Analar analıq vəzifəsini yerinə yetirdiyi, uşaqlar da onlara qarşı yaxşı davrandığı təqdirdə Allahdan mükafatlarını alacaqlar.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın bu linkinə baxa bilərlər:
http://www.muselmanlar.com/fitvalar/6345.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]