Sual: Cavab: Nəcm 26-cı ayədə: “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allah icazə verdikdən sonra (Onun) istədiyi və razı qaldığı kimsələrdən başqasına heç bir fayda verməz.”
Ayədə “Göylərdə” ifadəsini diqqətə alaraq başqa ayələrlə müqayisə etdiyimiz zaman görürük ki, bu ayə yaşadığımız dünya və göylərindən bəhs etməkdədir. Axirətdə göylər olmaz. Bilvasitə bu ayədəki şəfaət də bu dünya ilə əlaqədardır. Şəfaət, “yanında olmaq”, “dəstək”, “kömək olmaq”- deməkdir. Mələklərin bir qismi hər zaman bizim yanımızda və Allahın əmri ilə bizə bəzi işlərdə köməklik göstərməkdədir. Onların əsl yerləri isə birinci qat göydür. Mələklərin insanlara faydası ayədə də ifadə edildiyi üzərə: “Allah icazə verdikdən sonra” olur. Mələklər bizimlə əlaqədar məsələlərdə Allahın icazəsi olmadan heç bir şey edə bilməzlər. Allahdan bir qərar çıxmadan və ona ol demədən mələklər heç bir şeyi həyata keçirə bilməzlər. Məsələn, qorumaq əmri çıxmadan mələklər insanı qoruya bilməzlər. Beləki, Bədir döyüşündə Allah mələklərini göndərdiyindən və müsəlmanları qoruyaraq onlara köməklik göstərdiyindən Quranda bəhs edər.[1]
Şəfaət barəsində ətraflı məlumat almaq üçün saytımızın aşağıdakı linkini tuşlayın:
http://www.muselmanlar.com/dusunce-sahesi/6397.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Ənfal 8/9-14.