Sual: Daşınmaz əmlakımızı bankomatiklərə kirayə verə bilərikmi?
Cavab: Bankomatiklər bir çox ictimai-sosyal xidmətləri həyata keçirirlər. Məsələn, pul həvalələri, pulun köçürülməsi, çatdırılması və sair kimi işlərdə insanlara köməklik edirlər. Əlbəttə bu xidmət qarşılığında onlara müəyyən məbləğ ödənilir ki, bunun faizlə heç bir əlaqəsi yoxdur.
Banklar iki cür fəaliyyət göstərirlər:
1. Bank xidmətləri. 2. Bankların kredit (borc) vermələri
Bank xidmətlərinə hər kəsin ehtiyacı vardır. Hər dövlətin və iqtisadiyyatının ehtiyacı vardır.
Bankların faizli kredit vermələri isə dinimizin qadağan etdiyi ən böyük günahlardandır. Bu krediti almaq da bir o qədər günah sayılır.
Qısacası, bankomatiklərin bank xidmətlərinə daxil olduğu deyirlər. Əgər belə isə bir problem yoxdur. Bankomatiklərdən faizli kredit alanlar varsa, bu günah onlara aiddir. Daşınmaz əmlakı kirayə verən onun elədiklərindən məsuliyyət daşımır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.