Müsəlmanlar

Ölüm əsnasında insanın cənnətlik və ya cəhənnəmlik olduğu bilinirmi?

Sual: Nəhl surəsi 32-ci ayəsində: “Mələklər təmiz şəxslərin canını alanda: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”- deyirlər. Mələklər, hələ hesab-kitab olmadan, o canı alınan şəxsin cənnətlik olduğunu hardan bilirlər?

Cavab: Bu suala Yasin surəsinin 26 və 27-ci ayəsilə cavab verəcəm. Allah Təala belə buyurur: “(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi.”

Məhşər gününə hələ yığılmadığımız üçün bu ayədən, peyğəmbərimizin də ifadəsilə: “Onun qəbri cənnət baxçalarından bir baxça”- olduğu başa düşülür. Peyğəmbər əleyhissəlam bu sözü elə yuxarıdakı ayələrə əsaslanaraq demiş ola bilər.

Bu ayə və hədislərdən başa düşürük ki, ölmək üzərə olan bir şəxsin, Allahın lütfünə nail olacağını ya da tam tərsinə qəzəbinə düçar olacağını hiss edir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Ölüm anında “La İlahə İlləllah”-demək nəyi ifadə edir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []