Sual: Borc verib borcdan qazanc əldə etmək faiz olursa, bəs bir dairəni kirayə verib bundan qazanc əldə etmək niyə faiz olsun?
Cavab: Bəzi üzdən iraq iqtisadçılar “faiz, bankın kirasıdır”- deyirlər. İctimai məsələlərdə bənzərliklərdən deyil, fərqliliklərdən hərəkət edilir. İnsanları aldatmaq istəyənlər bənzərliklərdən yola çıxarlar. Xərclənən, tükənən malın kirası olmaz, xərclənməyən malın kirası olur. Məsələn, bir stol, maşın, ev kirayə verilə bilər. Ancaq bir stəkan su, bir çörək kirayə verilə bilməz. Çünki bunlardan içmədən, yemədən faydalanmaq mümkün deyildir. Bu səbəblə pul da belədir. Pulu xərcləmədən faydalanmaq olmaz.
Kira ilə faiz arasında bənzərlikdən yola çıxarsanız, faizlə alış-veriş arasında da bənzərlik vardır. Bu səbəblə yəhudilər “Alış-veriş də sələmçilik kimidir!”[1]– dedilər.
Ağır da olsa bu bənzərlikdən yola çıxanlara bir misal daha verəcəyik: Bir kişinin arvadı ilə qurduğu cinsi əlaqə ilə, bir başqa qadınla qurduğu cinsi əlaqə arasındakı fərqi gözdən keçirək. Bu cinsi bənzərliyə baxaraq “evliliklə zina arasında bir fərq yoxdur.”– deyə bilərsinizmi? Bunu deməmək üçün fərqliliklərə baxmaq məcburiyyətindəsiniz. Buradakı fərqlilik: Bir əhdi-peyman bağlanır və ailə qurulur. Bu ailənin məsuliyyətlərini qadın və kişi bərabər öhdələrinə götürdükdən sonra isə birləşmə haqlarını əldə edirlər. Əxlaqsız insanlar isə bu fərqlilikləri görməzlər və “bu da eyni o da eyni”- deyərlər.
Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/6235.html
http://www.muselmanlar.com/fitvalar/5947.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Bəqərə 2/275.
[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]