Müsəlmanlar

Ərindən mehrini ala bilməyən qadınlar nə etməlidir?

Sual: Mən 15 ildir evliyəm. Ərim nikah əsnasında müəyyən edilən mehri qəbul etməsinə baxmayaraq, evləndikdən sonra gücünün çatmadığı bəhanəsilə mehrimi vermir. Bu da bir yana, gücünün çatacağı bir şeyi belə mehir olaraq vermədi. Bu vəziyyətdə mən mehirdən imtina edim, yoxsa alana qədər mübarizə aparım.

Cavab: Mehir qadının haqqıdır. Təəssüf ki, kişilərin bir qismi ya da əqrabası onun bu haqqını qəsb etməkdə, evlənmədən qabaq mehir vədini verib, sonra da bu vədini tutmayaraq istismar etməkdədir. Əgər bir qadının əri ölənə qədər bu haqqı ona verməzlərsə, öldükdən sonra ilk olaraq mirası paylanmadan qabaq qadın öz miras haqqını almalıdır. Çünki bu haqq, ərinin qadına olan bir borcu sayılır. Sonra isə miras aralarında paylanmalıdır.

Qadın əgər bağışlayarsa o başqa, bağışlaya bilər. Ancaq qadın bağışlama məcburiyyətində də deyildir.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/?s=mehir

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.