Müsəlmanlar

Bilə-bilə namazlarını tərk edən adamın hökmü nədir?

Sual: Namazları bilə-bilə tərk etmək, qılmamaq Allahı ikinci sıraya qoymaqdırmı?

Cavab: Bir müsəlmanın namaz qılmaması düşünülə bilməz. Bu bir insanın özü-özünə müxalif olmasına bənzəyir. Əgər bir insan namazı əhəmiyyətsiz görüb, “əşi qılmasam da olar”- deyirsə, bu, dünyanı axirətə dəyişmək və bir növ şirkə girmək olur. Çünki, Allah Təala namaza artıq dərəcədə əhəmiyyət verir və heç bir səbəbdən (döyüş vəziyyətində olsa belə) tərk edilməməsini və bilərək qəzaya buraxılmamasını əmr etməkdədir. Bu səbəblə müsəlmanam deyən biri hər halında namazı qılmaq məcburiyyətindədir. Ancaq namazın nə qədər əhəmiyyətli olduğuna, mütləq qılınması lazım olduğuna inanan, fəqət hər hansı bir səbəbdən qılmayan adam isə böyük günah işləmiş olur. Lakin bu halı ardıcıl davam edərsə, bir müddət sonra o da namaz qılmamağı normal qarşılayar və namazı əhəmiyyətsiz görənlərin vəziyyətinə düşə bilər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Namaz haqqında digər sual-cavabı görmək üçün aşağıdakı linki tuşlayın:

Namaz bir uşağa neçə yaşda vacib olur?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []