Müsəlmanlar

Toyda verilən mehir və dəyərli əşyalar gəlinin əlindən alına bilərmi?

Sual: Bəzi yerlərdə toydan və ya nikahdan sonra kişi tərəfi gəlinin bütün mehir və əşyalarını əlindən alır və gəlinə heç bir şey saxlamırlar. Belə bir şey günah deyilmi?

Cavab: Hal-hazırda bir çox yerlərdə olduğu kimi keçmişdə də bu cür qəsbkarlıqlar var idi. Üstəlik bir də təhqir edərək: “Bu zinətləri atanın evindən gətirdinmi?”- deyərdilər.

Bu verilən mehir və əşyalar dinimizə görə tamamilə qadının haqqıdır və ona aiddir. Yalnız qadın öz arzusu ilə verərsə, o başqa. Bu məsələ ilə əlaqədar Nisə surəsinin 4-cü ayəsində belə buyurulmaqdadır:

وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً ۚ فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا

“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!”

Əgər verməzsə, onun əlindən almağa (əri də daxil) heç kimin haqqı yoxdur. Bu səbəblə Allah Təala: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Nisə 4/19)

Nəticə etibarilə, heç bir şəkildə qadına təzyiq göstərərək mehir olaraq verdiyinizi ala bilməzsiniz. Ancaq açıq bir həyasızlıq (zina) etdiyi təqdirdə, onda ona “boşanmaq üçün səni məhkəməyə verərəm”- deyərək, verdiyinizi almaq üçün bir təzyiq göstərə bilərsiniz.

Suala cavab verdi: Prof. Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/?s=mehir

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []