Müsəlmanlar

Rəsulullah əleyhissəlam döyüşdə iştirak etməyənləri də əsir alırdımı?

Sual: Bir insanın döyüş əsiri ola bilməsi üçün birbaşa döyüşdə iştirak etməsi lazımdır? Məsələn, kişiləri döyüşdə iştirak etmiş bir qrupun evlərindəki qadınları əsir alına bilərmi?

Cavab: Döyüş meydanlarında ələ keçirilənlər əsirdir. Onun xaricində qalanlar əsir alınmaz. Bu barədə Allah Təala belə buyurur:

(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin…” (Muhəmməd 47/4)

Bəqərə 190-da isə, “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”

Ancaq qarşı tərəf arvad-uşağını da döyüşə qatıb vuruşarsa, onda onlar da digərləri ilə birlikdə əsir alınır. Məsələn, Hüneyn döyüşündə Həvazin qəbiləsi müsəlmanlara qarşı tam zəfər əldə etmək üçün arvad-uşaqlarını və mallarını da döyüşə qatmışdılar. Müsəlmanlar da rəsulullah başda olmaqla, Hüneyn döyüşündə qalib gəldikdən sonra ələ keçirdiklərinin hamısını əsir almışdır. Sonra da yuxarıdakı ayəyə əsasən, bir qismini fidyə qarşılığında digərlərini də fidyəsiz sərbəst buraxmışdı.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavablarla burada tanış ola bilərsiniz:

Əsir alınan insanlar mömin olurlarsa azadlığa qovuşurlarmı?

http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

http://www.muselmanlar.com/fitvalar/6405.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []