Sual: Nisə surəsinin 25-ci ayəsində keçən “mömin əsir” ifadəsini necə başa düşməliyik? Bir insan mömin olunca İslam onu hüriyyətə qovuşdurmur? Ya da möminin mömini əsir alması halaldırmı?
Cavab: Bu ayədə əsir alındığı andakı möminlərdən deyil, əsir edildikdən sonra mömin olanlardan bəhs etməkdədir. Əsirlərin bir çoxu, müsəlmanların özlərinə qarşı olan rəftarı nəticəsində mömin olmuşdular. Bəni-Müstəlik qəbiləsinin isə hamısı müsəlman olmuşdu. Əsir alınana qədər heç biri müsəlman deyildi.
Döyüşdə əsir alınanın mömin olması onun azad edilməsi mənasına da gəlməz. Digər əsirlərlə bərabər eyni hökmə tabedir.
Mömin mömini əsir alma məsələsinə gəlincə, möminin möminlə döyüşməsi halal deyildir. Öldürmək əsir almaqdan daha böyük bir qəbahətdir. Ancaq məcbur qalıb döyüşmüşsə, bu döyüşdə əsir alması da qaçınılmazdır.
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/6405.html
http://www.muselmanlar.com/tedqiqatlar/6156.html
Suala cavab verdi: Abdüləziz Bayındır. [1]
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSİLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Üniversitesi İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [ ↩ ]