Müsəlmanlar
Oxuyan qardaşa və bacıya zəkat vermək olar?

Oxuyan qardaşa və bacıya zəkat vermək olar?

Sual: Oxuyan qardaşa və bacıya zəkat vermək olar? Bir şəxs arvadının qardaşının qızına zəkat verə bilər?

Cavab: Zəkat hər şeydən əvvəl ardıcıllıqla ehtiyacı olan qardaş və ya bacıya, sonra əmi, bibi və dayı kimi yaxın qohumlara, sonra qonşulara və sairəyə verilməlidir. Bu baxımdan oxuyan qardaş-bacılarınıza zəkat düşürsə, yəni, onların ehtiyacı varsa – dini cəhətdən varlı deyillərsə, başqa sözlə, nisab miqdarı qədər malları yoxdursa, onlara zəkat verə bilərsiniz.

Bir kəs arvadının qardaşının qızına zəkat verə bilər.

Dini cəhətdən varlı hesab edilən bir müsəlman özünü baxmalı və qayğısını çəkib məişət xərclərini təmin etməli olduğu ana, ata, baba, nənə, arvad-uşaq və nəvələrinə, eləcə də dini baxımdan varlı sayılan insanlara zəkat verə bilməz. Bunların xaricində qalan və dini cəhətdən zəngin hesab edilməyən hər bir şəxsə zəkat verə bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.