Sual: “İslam ölkələri hədlərini aşdıqları üçün başlarına od yağıb və pis vəziyyətdə qalıblar”-dediniz. Bəs kafirlər niyə rəfah içindədirlər. Onlar nəinki hədlərini aşmaqda, hətta bu hədləri tanımamaqda və şirk içərisində yaşamaqdadırlar. İslam ölkələri ən azından Allahın birliyinə, mələklərə, elçilərə, kitablara iman etdikləri halda niyə bu haldadırlar?
Cavab: Müsəlman, Quranı qəbul etdim, ona bağlandım deyən və ona əsasən həyatını uyğunlaşdıran insandır. Əlində bir kitabı olana dünyada dərs və ya cəza verilir. Bu barədə Allah belə buyurur:
“…Biz, elçi göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra 16/15).
Bu kitab qeyri-müsəlmanların əlində yoxdur. Quranın həqiqətindən çoxu xəbərdar deyildir. Əgər bu cəmiyyətlər də Quranın həqiqətindən xəbərdar olub öyrənirlərsə, o zaman onlar da eyni dərsi almış və cəzalarını çəkmiş olurlar. Necəki, vaxtilə Yəhudi və Xristianların cəzalandırılmaları kimi…
Bir başqa səbəb isə; Qeyri-müsəlmanların bir çoxu, heç olmasa Allahın yaratdığı (Kainat) ayələrini oxuyurlar. Müsəlmanlar isə nəinki yaradılan ayələri, heç Allahın nazil etdiyi (Quran) kitabını oxuyub tətbiq etmirlər. Məhz bu səbəbdən oxuyan oxumayana hakim olur, oxuyan oxumayandan yaxşı vəziyyətdədir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:
http://www.muselmanlar.com/tedqiqatlar/1423.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]