Müsəlmanlar

Kemoterapi müalicəsi götürən xəstələrin oruc tutması lazımdırmı?

Sual: Kemoterapi seansları orucu pozurmu? Bu vəziyyətdə olan xəstələr oruc tuta bilərmi?

Cavab: Xərçəng xəstələrinə tətbiq edilən kemoterapi dərmanları, tez-tez müəyyən bir miqdar maye (serum) ilə birlikdə verilir. Bilvasitə kemoterapi dərmanları deyil amma onlarla birlikdə verilən bu serumlar orucu pozar. Bir də xərçəng və kemoterapi müalicəsi səbəbilə onsuz da müqavimətləri zəif olan bu xəstələrin oruc tutması müqavimətlərini daha da zəiflədə bilər. Bu səbəblə kemoterapi seansları əsnasında bu xəstələrin oruclarını ertələməsi lazımdır.

Mənbə: Dok. Zəki Bayraqdar, “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”, Kitab və Hikmət jurnalı, İyun-Sentyabır 2015, sayı 10, s. 21-22.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6358.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.