Sual: Mən bir müsəlman olaraq orucu hansı hallarda tutmaya bilərəm?
Cavab: Allah Təala, bu iki vəziyyətdə, “xəstə” və “səfərdə” olan insana oruc tutmama rüxsəti vermişdir.[1] Əslində bunlar da öz vəziyyətlərinə baxaraq, ona görə qərar verə bilərlər. Bu rüxsətə görə, istəyən tutar, istəməyən də tərk edə bilər. Ancaq tərk etdikləri oruc sayına görə qəza etmək məcburiyyətindədirlər. Bu iki hal xaricində, əgər bir müsəlman, Ramazan ayının bir gününün orucunu tərk edərsə, o tərk etdiyi orucun yerini ömür boyu tutduğu orucla doldura bilməz. Buna görə, səbəbsiz, qəsdən tərk edilən orucun nə qəzası, nə də kəffarəsi olmaz. Ancaq tövbə edərək, bir daha tərk etməməyə səy göstərməlidir. Bilərək orucunu açan şəxsə “altmış gün kəffarə”- deyə verilən cəza isə sonradan uydurulan, nə səhih hədisə nə də Qurana əsaslanmayan fətvalardan biridir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[2]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/6344.html
http://www.muselmanlar.com/fitvalar/4844.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Bəqərə 2/184.
[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]