Müsəlmanlar
Firon və ailəsi hal-hazırda qəbir əzabı çəkirmi?

Firon və ailəsi hal-hazırda qəbir əzabı çəkirmi?

Sual: Mömin surəsi 46-cı ayədə Fironun atəşə salınma zamanı ilə əlaqədar mübahisəyə düşdük. Orada keçən “yuradunə” (ərz ediləcək, ərz edilir və ərz edildi) ifadəsi, hansı zaman felinə aiddir?

Cavab: Bu ayəni daha asan başa düşməyiniz üçün parça-parça ayırıb izah edək: “النَّارُ يُعْرَضُونَ عَلَيْهَا = Oradakı atəşə ərz edilirlər”. Firon və əhli hal-hazırda öldükləri üçün atəşə ərz edilirlər, yəni, qarşısına çıxarılırlar. “غُدُوًّا وَعَشِيًّا = Səhər-axşam”. Deməli, ölən insanlar üçün də səhər, axşam olur. “وَيَوْمَ تَقُومُ السَّاعَةُ = Yenidən diriliş günü isə”- belə deyiləcək “أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ = Firon və ailəsini şiddətli əzabın içinə salın!”

İndi ayəni birləşdirib oxuyaq: النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

(Firon və ailəsi) “Oradakı atəşə səhər-axşam ərz edilirlər. Yenidən diriliş günü isə, Firon və ailəsini şiddətli əzabın içinə salın!”- deyiləcəkdir. (Mömin 40/46)

Bu ayəni birlikdə ələ aldığımız zaman “yuradunə = ərz edilirlər” felinin qiyamətdən əvvəl, hal-hazırda baş verdiyini görürük. Nəticə etibarı ilə, bu ayə bizə, Firon ailəsinin qiyamətə qədər səhər-axşam atəşə ərz olunduqlarını xəbər verir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/3208.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []