Müsəlmanlar

Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi?

Sual: Təkfirçi insanların sayı getdikcə artmaqdadır. "Allahın hökmü ilə hökm etməyənlərə səs vermək şirkdir,"- deyən insanların Qurana baxış tərzindəki əyrilik nədir? Bunlara hansı ayələri təbliğ etməliyik?

Cavab: Bu cür seçimlərdə sizdən, “Allahın hökmü ilə, yoxsa, laiq bir sistemin hökmü ilə idarə edilməni istəyirsən?”– deyə bir sual soruşulurmu? Sizə  seçim zamanı ancaq, “buradakı insanların birini seçmə haqqını verirəm, hansını istəyirsən seç!”- deməkdədir. Əslində “mən səs vermirəm”- dediyin zaman da bir seçim etmiş olursan. Çünki, yaşadığın yerdə seçilən insanın qoyduğu qaidələr, sizi də əlaqədar etməkdədir. Siz sadəcə daha təhlukəli, zərərli, zalım, xain birini əngəlləyib, daha az zərərli ya da sağlam, dürüst birini seçmiş olursunuz. Bu cür mühüm məqamlarda xarici qüvvələr də öz fəaliyyətini sürdürürlər. Bunlar, cəmiyyətin içindəki cahil, dində yarım insanlara təsir edəcək sloqanları şüar edərlər ki, seçimdə istədikləri nəticəni əldə etsinlər. Bu sloqanların ən çox səslənəni, “Allahın hökmü” və ya “tağut” şüarlarıdır. Belələri Allahın hökmünü elə yorumlayırlar, tağuta elə bir tərif verirlər ki, bu tərif, tamamilə özlərini əks etdirir. Seçim zamanı gələndə bu şüarlar daha çox dilə gətiririlir. Bütün bunların hamısı bir mənbədən bəslənir ki, bunun da mərkəzi İslam aləmi deyil, avropadır. Arxalarında olan qüvvələrin Kilisə tərəfindən idarə edildiyini də bilməzlər. Ancaq özlərinin dinə xidmət etdiklərini fikirləşirlər. Məsələn, iddia etdikləri bir söz var: “Məliklik ancaq Allahda olur, başqasına bunu verə bilməzsən, əgər versən tağut olarsan”- deyirlər. Bu iddialarını sübut edəcək bir ayə belə yoxdur. Allah Məlikin nasdır. Bu doğrudur. Ancaq Allah, Quranda başqalarının da məlik olduğunu bildirməkdədir. Yusuf əleyhissəlama gələn məlikin elçisi[1], Süleyman əleyhissalam zamanındakı qadın məlikə[2] barəsində Quranda açıq ayələr vardır. Bəqərə surəsi 258-ci ayədə açıq aşkar belə buyurulmaqdadır:

أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ

“Allahın verdiyi Məlikliyə (hakimiyyətə) görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin( əhvalatını) bilmirsənmi?…”

Allah Təala insanlara məliklik verdiyi kimi hökm etmək səlahiyyəti də vermişdir:

إنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ

“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.” (Nisə 4/58)

 Qısacası, belə şüarlar səsləndirərək çıxış edən insanlar, özlərini yer üzündə Allahın yerinə qoyub, tağutluq edən insanlardır. Ən çox da bu ayəni səsləndirirlər: “Allahın hökmü ilə hökm etməyənlər kafirlərdir.” (Maidə 5/44) Əlbəttə ki, belədir, bu Allahın ayəsidir. Ancaq bu kəlimələri istismar edib, siyasi məqsədlərə alət edirlər. Bir çoxu bunun fərqində də deyildir. Qulağa xoş gələn kəlimələrlə dini istismar etdiklərindən, aldatıldıqlarından xəbərsizdirlər. Nəticədə, belələri, müsəlmanları ictimai, sosial, siyasi fəaliyyətlərdən də uzaqlaşdırmaqdadırlar. Bir növ; siz seçməyin, biz sizə özümüz seçənləri göndərərək sizi yönləndirəcəyik,”- deyirlər. İllərlə müsəlman aləmi, hələ də bu cür cahillər ucbatından başqaları tərəfindən yönləndirilməkdə davam edir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[3]

Buna bənzər suallara ətraflı cavab almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

Din-dövlət münasibətləri

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Yusuf 12/50.

[2] Nəml 27/23.

[3]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []