Müsəlmanlar
Ələvilikdə gördüyüm səmahın dindəki yeri nədir?

Ələvilikdə gördüyüm səmahın dindəki yeri nədir?

Sual: Ələvilikdə gördüyüm səmahın (dönmək) dindəki yeri nədir?

Cavab: Ələvilik, orta asiyadan gələn qədim türk dinlərinin fərqli bir şəklidir.  Bu dinin mənsubları, dinlərinə İslamdan və İslam qəhramanlarından az bir qismini əlavə etmək surətilə yeni bir forma veriblər. Əsas maddələri qədim türk dinlərinə məxsusdur ki, bu maddələrin hamısı İslama ziddir. Bunlardan biri də səmahdır. Səmah (dönmək), belə bir şey İslamda ibadət sayılmaz.

İnsanların bir çoxu Ələvilərə zorla müsəlman donu geyindirməyə çalışırlar. Onlar isə özlərinə İslama aid bir tərif vermirlər. Əgər İslama aid bir tərif verərlərsə, o zaman biz onlara müsəlman deyərik. Lakin biz belə bir şeyə rast gəlmədik. İnsanların əqidiələrinə təsir göstərmənin bir mənası yoxdur. Əvvəlcə özlərinin kim olduqlarını isbat etsinlər. Ələvilər biz müsəlmanıq, əqidəmiz bu, ibadət qaydalarımız da budur dedikdən sonra bizim onlara deyəcək bir sözümüz yoxdur. Əgər dedikləri Qurana uyarsa, biz onlara müsəlman deməliyik. Ancaq onlar özlərinə biz Ələviyik deməkdə və ibadət yerlərinin Cəm evi olduğunu ifadə etməkdədirlər. Halbuki, müsəlmanların ibadət məkanı Məsciddir.

Bəziləri isə deyir ki, Ələvilik İslamın fərqli bir yorumudur. Belə bir iddianın heç bir əsası yoxdur. Ələvilər “Həqq, Muhamməd, Əli deyənlər gəlsin”- deyirlər. Onlar belə deməklə, Xristianlardakı kimi üçlü Tanrı etiqadını mənimsəyiblər. Təkcə adlar dəyişilməklə belə bir əqidə şirk olmaqdan çıxmaz.

Nəticə olaraq, Ələviliyi mənimsəyənlərin İslamla heç bir əlaqələri yoxdur. Ancaq bunu da göz ardı etməmək lazımdır ki, onların içindən İslamı mənimsəyib müsəlman olanlar da vardır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

Sünni və Şiə bir-birinin məscidinə gedə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []