Müsəlmanlar
Mehrdən zəkat vermək lazımdırmı?

Mehrdən zəkat vermək lazımdırmı?

Sual: Mehrdən zəkat vermək lazımdırmı?

Bir qadın ərindən tələb etdiyi mehrin hamısını almadıqca ona zəkat düşmür. Çünki bu vəziyyətdə zəkat üçün şərt olan tam mülkiyyət hələ həyata keçməyib. Amma mehrin hamısı qadına verildikdə vəziyyətə baxmaq lazımdır: Əgər bu, borcların və əsas ehtiyacların xaricindədirsə və nisab miqdarını  keçirsə, zəkatı verilməlidir.

Zəkat nisbəti qırxda bir, başqa sözlə, 2, 5 faizdir.