Müsəlmanlar

Cənnətin altından çayların axdığını nə cür başa düşmək lazımdır?

Sual: Quranda müxtəlif yerlərdə deyilir ki, Cənnətin altından çaylar axır. Siz də bu gün Ali-İmran surəsinin 195-ci ayəsini oxudunuz. Orada da belə bir söz var. Bu ifadəni nə cür başa düşmək lazımdır? Necə ola bilər ki, çay torpağın altından axsın?

Cavab: Bu ifadənin Ərəb dilindəki orijinalında “altında” sözü var. Lakin bu, bir Ərəb üçün belədir. Türklər bunu öz dillərindəki qaydalara əsasən o cür başa düşə bilmirlər.

Cənnət deyildikdə bir Türkdə yaranan təsəvvürlə bir Ərəbdə formalaşan təsəvvür eyni deyil. Cənnət torpağa deyil, torpağın üstündəki bitki örtüyünə verilən addır. Elə isə çayın suyu haradan axır? Bitkilərin üstündənmi? Təbii ki, xeyr. Su bitkilərin altından axır. Amma bir Türk bunu bu cür başa düşmədiyi üçün o ayələri Türk dilinə tərcümə etdikdə “içindən” ifadəsini işlətmək lazımdır.

Mən də uşaq vaxtı bu məsələni heç cür qavraya bilmirdim. Sonra Ərəb dilini öyrəndim və əsl məsələni anladım. Digər tərəfdən də Quran məllarında tərcümə düzgün verilməmişdi.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Müvafiq ayənin Azərbaycan dilinə tərcümələri aşağıdakı kimidir:

1) “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi)

2) “Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır.” (Əlixan Musayevin tərcüməsi)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.