Müsəlmanlar
Müsəlman bir şəxs miras qoyub getmək üçün cidd-cəhd etməlidir?

Müsəlman bir şəxs miras qoyub getmək üçün cidd-cəhd etməlidir?

Sual: Müsəlman bir şəxs arvadı və övladlarına miras qoyub getmək üçün cidd-cəhdlə çalışmalıdır? Dinə əsasən belə etmək lazımdır?

Cavab: Gəlin, Quranın müvafiq ayələrinə nəzər yetirək:

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz.” (Nisa, 4/36)

Ayədən belə çıxır ki, burada sadalananlara yaxşılıq etmək üçün mal-mülk sahibi olmaq lazımdır. Əgər belə olmasa, onlara nə vermək olar?! Elə isə olacaq ki, verəsən.

İndi isə Talaq surəsinin 6-cı ayəsinə baxaq:

“Onlara ((Xanımlar, arvadlar.)) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin.

Buradan da belə məlum olur ki, kişinin ya şəxsi evi, ya da heç olmasa, kirayəni ödəyə biləcək qədər maddi imkanı olmalıdır.  Ki, öz arvadını ayədə qeyd edildiyi kimi, özünün yaşadığı yerdə saxlaya bilsin.

Əlavə olaraq, Nisa surəsinin 34-cü ayəsində qeyd edilir ki, kişilər arvadlarının himayədarlarıdır; yəni, Allah tərəfindən onların ehtiyaclarını ödəmək əmr olunur.

Qohum-əqrəbaya edilən yaxşılıqlar insana ən çox savab qazandıran yaxşılıqlardır. Elə isə biz ən yaxınımızdan başlamaqla insanlara kömək etməliyik.

Məlumdur ki, zəkat da bir ibadət kimi çox vacibdir. Allah Muminun surəsinin 4-cü ayəsində zəkat vermək üçün işləyib çalışanları təqdir edir. Zəkat vermək səviyyəsinə çatmaq üçün işləyən, bunun üçün cidd-cəhd edən insanların təbii ki, verdikləri zəkatdan başqa mal-mülkü də var. Həmin mal-mülk isə onlar öldükdən sonra öz varislərinə qalacaqdır. Ondan da təbii ki, savab qazanacaqlar.

Bir  sözlə, miras qoyub getmək üçün çalışmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Miras məsələləri ilə əlaqədar əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/miras-vesiyyet

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.