Müsəlmanlar
Övladını yox hesab edən valideynlə necə rəftar etmək lazımdır?

Övladını yox hesab edən valideynlə necə rəftar etmək lazımdır?

Sual: Mən uzun müddətdir ki, öz vətənimdən uzaqdayam. İldə bircə dəfə məzuniyyət götürüb gedə bilirəm. Bu vaxta qədər atam bircə dəfə də olsa, mənə zəng edib hal-əhval tutmadı. Anamla da 2 ildir ki, bəzi problemləri var. Bəzi qeyri-əxlaqi hərəkətləri var. Mən nə edim, övladını yox hesab edən bir ataya qarşı da yaxşı rəftar etmək lazımdır, yoxsa yox? Bu məsələdə övladın bir haqqı yoxdurmu?

Cavab: Siz yenə də (hər şeyə baxmayaraq) atanızla yaxşı rəftar edin. Quranda bir ayədə belə deyilir:

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.” (Fussilət, 41/34)

Elə isə siz bütün hallarda aranızı düzəltmək üçün əlinizdən gələn nə varsa, yerinə yetirin. Onunla görüşüb danışdığınız vaxt da müvafiq məlumatlandırma və xəbərdarlıqları edin.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4573.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.