Müsəlmanlar

Ad günü, qadın və kişi bayramlarının keçirilməsi caizdirmi?

Sual: Ad günü, qadınlar bayramı, kişilər bayramı kimi bir çox bayramlar qeyd edilir. Belə bayramların qeyd edilməsi dini cəhətdən nə dərəcədə doğrudur?

Cavab: Belə bayramları (!) təyin edib qeyd etmək, ən çox biznesmenlərə sərf edir. Siz belə günləri qeyd edəcəksiniz ki, onlar öz mallarını sata bilsinlər. Xüsusilə bu kapitalistlər, xalqdan moda icadları ilə daha çox pul qoparırlar. “İlin modası”, “sevgililər günü”, “gül bayramı”, “qadın bayramı”, “kişi bayramı”, hardasa hər günə xas bir bayram tərtib edilməyə çalışılır. Bizim, ümmət olaraq iki bayramımız vardır: Ramazan və Qurban bayramı. Bunun xaricində şəxsi, ailəvi ya da camaat və millət olaraq qarşılaşdığımız nimətlər, etdiyimiz faydalı işlər ola bilər ki, bunlara nail olduğumuz zaman bayram edərik. Məsələn, bir insanın öz anasına, yoldaşına, qızına etdiyi yaxşılıq, verdiyi hədiyyə həm özü üçün həm də anası, yoldaşı və qızı üçün bir bayramdır. Bunu hər gün edirsə hər gün onun üçün bir bayramdır. Ancaq belə şeyləri hər hansı bir günə məsələn, 8 marta təxsis etmək ya da qeyd etmək, həm məntiq, həm də insanlıq yönündən əksik bir dəyərləndirmədir.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

Ad günü keçirmək

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []