Müsəlmanlar
Mənə qarşı pis davranan valideynlərimə münasibətim necə olmalıdır?

Mənə qarşı pis davranan valideynlərimə münasibətim necə olmalıdır?

Sual: Məni ata-anam heç arayıb axtarmır. Necə deyərlər, onlar üçün elə bil mən yoxam. Belə bir vəziyyətdə mənim onlara qarşı davranışım necə olmalıdır?

Cavab: Siz yenə də onlara qarşı yaxşı davranmaq məcburiyyətindəsiniz. Allah Təala Loğman surəsinin 14-cü ayəsində bizə belə tövsiyə etməkdədir: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik…”

Bizə qarşı pis davranan valideynlərimiz olmayıb başqa şəxslər də olsa, yenə də biz, onların bizə qarşı davrandığı kimi davranmamalıyıq. Bu barədə də Fussilət surəsinin 34-cü ayəsində verilən tövsiyəyə qulaq asmalıyıq: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.”

Əlbəttə, onların elədiklərinin doğru olmadığını, pis davranışlarından ötrü özlərinin zərər çəkəcəyini bildirməli və yeri gələndə onlara xəbərdarlıq da etməliyik.

Qısacası, biz öz şəxsiyyətimizi Qurana əsaslandırarsaq, həm qarşımızdakına dinimizi təbliğ etmiş olarıq, həm də etdiyimiz davranışlara görə savab əldə edərik.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.



[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []