Müsəlmanlar

İnsan düşdüyü mühitin təsirinə görə din mənimsəyir?

Sual: Biz Türkiyədə yaşayırıq və yaşadığmız cəmiyyətdə İslam mədəniyyəti hakim olduğu üçün biz müsəlman olmuşuq. Ancaq Hindistanda yaşasaydıq o cəmiyyətin bizə öyrətdiyi dinin təsirinə düşüb bəlkə də bütpərəst olacaqdıq. Belə bir hal, mühitin insan üzərindəki təsirindən xəbər verir. Nəticədə dinlər, insanların meydana gətirdiyi mədəniyyətin bir parçası deyilmi?

Cavab: İctimaiyyətçilərin və filosofların bəziləri məsələn; Ogüst Kont və Emile Durkheim kimiləri sizin dediyiniz kimi deyir. Ancaq İslam belə demir. Təəssüf ki, Avropada olanların və tarixsəlçilərin çoxunun din anlayışı da belədir. Dini, cəmiyyətlər yaratmır, əksinə, dini də cəmiyyəti də yaradan Allahdır.

Siz dünyanın harasında olursuz-olun, əgər təbiətdəki hadisələri müşahidə edib dəyərləndirsəniz, beynəlxalq həqiqətlərə nail olursunuz. Bu həqiqətlər hər yerdə eynidir. Həqqə qovuşmaq istəyənə Allah mütləq onun qapısını açır. Məsələn, harada yaşayırsız yaşayın, insan fitrətinə uyğun olan doğrular insana hüzur verir,  fitrətinə uyğun olmayan pis işlər isə insanı hüzursuz edir. Tövhid və şirk də belədir. Türkiyədə yaşadığınız halda şirkə qucaq açanların sayı nə qədər çox olduğunu siz bilirsiniz. Milləti ərəb, türk, hindu, rus; dini İslam, bütpərəstlik, xristianlıq olsun, fərqi yoxdur. İnsanlar harada yaşamalarından asılı olmayaraq özlərinə bir yol seçir. Hər kəs doğruluğun və hüzurun özlərində və dinlərində olduğunu deyir. Halbuki, həqiqət və hüzur; insanın milliyyətinə və dininə görə verilən adla deyil, Allahın verdiyi fitrətə uyğun inanıb, yaşamaqla əldə edilir. Qurani-Kərimdə bu barədə belə deyilir:

“Bu Kitab, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.”

Yəni insan əvvəlcə müttəqi olacaqdır. Fitrətini (təbii halını) pozmaması lazımdır ki, Quran ona doğru yolu göstərsin.

Bilavasitə istəyir Quran olan cəmiyyətlərdə, istəyir Quran gəlməyən, Quran çatmayan yerlərdə də dürüst olan, Allaha şərik qoşmayan insanlar olmuşdur. Bunların millətinə, dininə nə ad verilir verilsin, əgər fitrətlərinə tərs bir ömür sürməmişlərsə, Allah onları da mükafatlandıracaqdır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə və video müsahibəmizə müraciət etsinlər:

http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html

http://www.youtube.com/watch?v=aw5bZxcl0Ag&feature=youtu.be

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []