Sual: Ölən əqrabalarımız adına, möhtac insanlara etdiyimiz köməkliyin və yaxşılığın faydası onlara çatırmı?
Cavab: Allah Təala, Əli İmran surəsinin 91- ci ayəsində kafir olaraq ölən şəxslər haqqında belə buyurur: “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin (yaxınlarının) heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.”
Müsəlman olanlar üçün də Münafiqun surəsinin 10-cu ayəsində: “Sizdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.”
Allah Təala ölənin özünə belə heç bir şeyin sonradan etməsinə icazə vermir. Ayə, insanın bu peşmançılığının öldükdən sonra (qəbir həyatında) yenidən dirilişə qədər sürəcəyini göstərir. Çünki, insan ölsə də ruhu ölməz. Hər iki ayədən də gördüyümüz kimi; insan özü həyatda olduğu zaman etdikləri Allah tərəfindən qəbul edilir. Öldükdən sonra isə kitabı bağlanır. Bəziləri can üstündə olduğu zaman vəsiyyət etməyə başlayır və “mən öldükdən sonra mallarımdan bir qismini ehtiyac sahiblərinə bağışlayın”– deyir. Belə insanların yer üzünü örtəcək qədər qızılı da olsa, hamısını övladları ehtiyac sahiblərinə paylasa, yenə də, bunun ölən şəxsdən qəbul edilməyəcəyini bilmələri lazımdır. Nəcm surəsinin 39-cu ayəsində ifadə edildiyi kimi: “İnsan üçün ancaq çalışdığı qalır.”
İnsan öldükdən sonra əqrabalarının onun arxasından elədikləri şeylərin bir əhəmiyyəti qalmır. Ancaq ölənin bu əqrabalarının yaxşı yetişməsində köməyi olmuşsa, bu köməyinin mükafatını və əqrabalarının xeyr-dualarını görəcəkdir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə və video müsahibəmizə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/4340.html
https://www.youtube.com/watch?v=iOcqGq3RKMw
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.