Müsəlmanlar

Qurana davranışları yönüylə insanlar neçə qrupa ayrılır?

Sual: Qurana qarşı davranışlarına əsasən insanlar neçə qrupa ayrılırlar?

Cavab: Qurani-Kərim, insanlara Allahın xüsusi bir lütfüdür. Bu xüsusi lütfün hər hansı birimiz üçün yaxşı və ya pis olması, Ona qarşı olan davranışlarımızla əlaqəlidir. Əgər Qurana yaxşı davranarsaq, içindəkilərinə inanıb, riayət edərsək yaxşı, etməzsək pisdir. Başqa şeylər də belədir. Məsələn: Varlanmağın pis vəya yaxşı olması, pulu necə istifadə etməyinizə bağlıdır. Zəka, güc, qüvvət və hər şey, yaxşı istifadə edərsək yaxşı, pis istifadə edərsək pisdir.

İndi gələk yenə Allahın kitabına: Bu kitaba varis olmaq yaxşıdır yoxsa pis?

Yaxşı mirasçı olarsan, Ona riayət edərsən yaxşı olur, etməzsən pis olur. Allah Təala öz kitabı haqqında belə buyurur:

“Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəlidə gedər. Böyük lütf də budur.” (Fatır 35/32.)

Bu ayədə, insanların digər şeylərə qarşı necə davrandıqları göstərildiyi kimi, Qurana qarşı da necə davrandıqları göstərliməkdə və insanları üç qrupa ayırmaqdadır:

1. Özlərinə zülm edənlər (Allahın ayələrinə əhəmiyyət verməyənlər).

2. Orta yolu tutanlar (Allahın ayələrinə riayət edən, ancaq ictimai fəaliyyəti zəif olanlar).

3. İrəlidə gedənlər ( Yaxşı işlərdə ən irəlidə olanlar).

Allahın lütfünə nail olanlar, cənnətdə ən üst mərtəbədə olanlar da bu yaxşı işlərdə irəlidə gedənlər olduğu görülməkdədir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6130.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []