Müsəlmanlar

Miras paylamada din fərqinin əhəmiyyəti varmı?

Sual: Miras paylananda, mirasçıların müsəlman və ya qeyri-müsəlman olmalarının hər hansı bir əhəmiyyəti varmı?

Cavab: Miras alan ya da özündən sonra miras buraxan şəxsin müsəlman olub-olmaması ilə əlaqədar nə Qurani-Kərimdə, nə də səhih hədislərdə hər hansı bir qeyd yoxdur. Ancaq daha sonra peyğəmbərimiz adından: “Kafir müsəlmana mirasçı olmaz”– deyə sözlər nəql edilmişdir. Biz bu hədisin Abbasilər tərəfindən siyasi bir məqsədlə uydurulduğu qənaətindəyik. Məzhəb fəqihlərindən bir çoxu, “kafir, müsəlmana mirasçı olmaz və ya müsəlman, kafirə mirasçı olmaz”- deyə, fətva verirlər. Halbuki, bu cür fətvalar; həm Quran və sünnəyə tərsdir, həm də insanları yalandan ya kafir ya da müsəlman görünməyə məcbur etməkdədir.

Nəticə olaraq; Qurani-Kərimin də ifadəsilə, bir insanın kafir olması ya da müsəlman olması, birinə ata olmasına, övlad olmasına, qardaş-bacı olmasına mane deyildir. Loğman surəsi 15-ci ayədə belə buyurulur: “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.”

Ayədə, “…Dünyada onlarla gözəl davran.”- ifadəsinə miras da daxildir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6244.html

Mirasda haqsızlığa qarşı nə cür rəftar etməliyik? Öhdəliyimiz nədir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []