Müsəlmanlar

Qeyri-müsəlmanların kəsdiyi heyvanların ətini yemək olar?

Sual: Qeyri-müsəlmanların, xüsusilə də əhli-kitab adlandırılan Yəhudi və Xristianların kəsdiyi heyvanların ətini yemək olar?

Cavab: Qurani-Kərimdə ətləri haram olan heyvanlarla əlaqədar 4 yerdə bəhs edilir. Bunların heç birində heyvanı kəsən adamın dini vəziyyəti, cinsiyyəti nəzərə alınmamışdır. Heç bir hədisdə də belə bir şərt yoxdur. Yəni, bir adamın heyvanı kəsəndə, Bismillah deyib-demədiyinə, müsəlman olub-olmadığına əhəmiyyət verilməmişdir. Şafilərə görə, hətta uşaqların, dəlilərin, sərxoşların kəsdiyi belə yeyilir; ancaq məkruh (xoş olmayan) sayılır. Bismillah şərti təkcə Qurbandadır. Bu da Həcc surəsi 34-cü ayədə qeyd edilməkdədir:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver!”

Təəssüf ki, bir çox alimlər Ənam surəsinin 121-ci ayəsini doğru yorumlamadan, bismillahsız kəsilən heyvanın yeyilməyəcəği qənaətindədirlər. Bu görüşün xatalı olduğu barədə İmam Cəfərin, İmam Şafinin və vəqfimizin tədqiqatçılarından (bu sahədə doktorluq disertasiyasını müdafiə etmiş) Yəhya Şenol qardaşımızın geniş izahatları vardır. İstəyənlər Yəhya qardaşımızın “Halal qida” kitabını vəqfimizin kitabxanasına müraciət edib ala bilərlər: [email protected]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/454.html

Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []