Müsəlmanlar

Ağlımızdan keçən şeylərdən ötrü savab və ya günah qazanırıqmı?

Sual: Yaxşı ya da pis fikirlərdən ötrü savab və ya günah qazanırıq?

Cavab: Allah Təala, Bəqərə surəsinin 284-cü ayəsində, “İçinizdə olan şeyi aşkar etsəniz də gizlətsəniz də Allah onunla sizi hesaba çəkər.”- deyə buyurmaqdadır.

Məallarda bu ayədə ifadə edilən “İçinizdə olan şeyi aşkar etsəniz də gizlətsəniz”- sözü, içimizdən keçən pis fikirlər olaraq dəyərləndirilir. Əlavə olaraq belə bir izahat da gətirirlər: “Bu ayədən sonra Allah, Bəqərə surəsinin son ayəsini nazil edərək, möminlərə fərahlıq gətirmiş, mükəlləfiyyətləri yüngülləşdirilmişdir,”– deyirlər. Bir çoxu da Bəqərə surəsinin son ayəsi ilə, yuxarıda verdiyimiz ayənin nəsx edildiyini qeyd edirlər.

Ənənəvi dinin mənsubları bir də bu ayə barəsində belə bir rivayət uydururlar. Deyirlər ki; “Bu ayə nazil olduğu zaman səhabə rəsulullah əleyhissəlamın yanına gəlib, belə demişdir: Ey Allahın rəsulu, indi biz nə edək? Ürəyimizə elə fikirlər gəlir ki, bunu ifadə etməyə utanırıq. Əgər bundan hesaba çəkilərsək, yandıq.”– dedilər. Guya bundan sonra da surənin son ayəsi, “Allah hər kəsi yalnız gücü çatdığı qədərindən mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..”-  nazil olmuş və bilavasitə bu ayə yuxarıdakı ayəni nəsx etmişdir, deyirlər. Sanki Allah, insanları bir müddət hədələdi, sonra əfv etdi. Halbuki, ayədə insanın ürəyindən keçən fikirlər deyil, ürəyində olan fikirlər qəsd edilməkdədir. Bir insanın ürəyindən keçənlə, ürəyində olanlar eyni deyildir. Məhz ayədə ifadə edilən xəbərdarlıq, xüsusilə münafiqlərin ürəyində olan şeylərlə əlaqəlidir ki, bunlar; düşmənçilik, hiylə, kin və sair ola bilər. Hər kəs içində olan şeylərlə hesaba çəkiləcəkdir. Bunların ən əsasları da insanın içində olan; İman və küfrdür. Bu səbəblə Allah Təala: “İçinizdə olan şeyi aşkar etsəniz də gizlətsəniz də Allah onunla sizi hesaba çəkər.”- deyə buyurmaqdadır.

Bilindiyi kimi, peyğəmbərimizin dövründə bəziləri kafir olduqları halda küfrlərini gizləyib, münafiqlik edirdilər. Allah da “sizin içinizdə olan şeylə sizi muhakimə edəcəyəm”- deməkdədir. Məkkədə bəzi müsəlmanlar da inandıqlarını açıq şəkildə etiraf edə bilmirdilər. İnsanlar bəzi hallarda ağır imtahanlara çəkilirlər. İstəmədikləri şeyləri sinələrinə çəkmək və göstərmək məcburiyyətində qala bilərlər. Əsas olan isə, onların içində gizlətdikləri və niyyətləridir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6161.html

Allah bəzi insanların kafir kimi ölməyini istəyir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []