Sual: Müasir dövrümüzdə cariyəliyi necə başa düşməliyik? Bu gün “cariyə” və ya “əsir” olaraq sinifləndiriləcək qadınlar varmı?
Cavab: Əlbəttə vardır. Bu yaxınlarda “İşid”in qadınları bazara çıxarıb satdıqlarını eşitmədinizmi? Əslində buna hər yerdə rastlamaqdasınız. Adına cariyə, əsir deyilmədiyi üçün, belə bir sinifləndirmə ortadan qalxmış olmaz. Ancaq sözdə cariyəlik müəsisəsinin qalxdığını deyirlər.
Bir yerdən qaçıb gələn qadınların və ya avropada işə alınan gözəl qadınların bir çoxunun hüquqlarının qorunmadığı hər kəsə məlumdur. Onların necə cinsi istismara tabe tutulduqları da bilinən bir həqiqətdir.
Qurani-Kərim, heç bir qadından evlilik xaricində cinsiyyətindən faydalanmaya icazə verməz. Eyni zamanda qadınların hər birinə bir ev təmin edilməsinin və arvad olmasının yolunu açmaqdadır. Ənənəvi dinin tərsinə, Qurani- Kərim, Nisə surəsinin 3-cü ayəsində cariyələrlə, əsir qadınlarla evlilikdən bəhs edər və onlarla evlilik xaricində cinsi arzularının təmin edilməsini qadağan etməkdədir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/6188.html
http://www.muselmanlar.com/tedqiqatlar/5173.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.