Sual: Mənim atam 180 min manata bir torpaq sahəsi aldı. Üstündən də 300 min manat (ümumilikdə 480 min manat) xərcləyib həmin ərazidə 5 ev tikdirdi. Sonra həmin evləri müəyyən bir xeyirlə satdı. Bütün bunlardan əlavə, atamın 250 min manatlıq başqa bir torpaq sahəsi də var. Belə olan halda, o bu əmlaklarının zəkatını onların qiymətinə əsasən verməlidir, yoxsa satışdan götürdüyü gəlirdən?
Cavab: Atanızın evləri artıq pula çevrildiyinə görə ümumi məbləğin qırxda birini zəkat verməlidir.
250 min manatlıq torpaq sahəsini də ticarət məqsədilə aldığına görə onun da indiki alış qiymətinin qırxda birini zəkat verməlidir. Əgər borcu varsa, hesablamanı borcunu çıxdıqdan sonra aparmalıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.