Sual: Qurani-Kərimdə boşanan ər-arvadın eyni evin içərisində qalmalarından bəhs edilir. Bu məsələni izah edə bilərsinizmi? Həm boşanıblar həm də eyni evin içində qalırlar. Bunu necə başa düşək?
Cavab: Kişi arvadını boşayarsa, arvadı iddətini (3 ay) bitirənə qədər evdən çıxmamalıdır. Talaq surəsinin 1-ci ayəsi bunu açıq-aydın ifadə edir. Bunun səbəbi, boşanmaq istəyən cütlərin təzədən ailə qurmalarına şərait yaratmaq üçündür. Qadın evdən getdiyi zaman, ortaya başqa insanlar girir. Belə olduğu təqdirdə, hərə bir şey deyərək, yeni problemlər yaradırlar. Eyni evdə qaldıqları zaman isə, Nisə surəsinin 35-ci ayəsinə əsasən; o evə qadın və kişi tərəfindən aranı düzəldəcək hakimlər (yaxınları) gəlir. Hər iki tərəfə qulaq asarlar və onları barışdırmağa çalışırlar. Boşanmağa qərar verən kişinin, arvadının 3 ay iddə müddəti ərzində fikrindən dönmə səlahiyyəti vardır. Barışmaq niyyətləri, imkanları yox isə, bu iddə müddəti bitdikdən sonra ayrılırlar. Bu təbii bir həll yoludur.
Bəziləri, “bu gözləmə müddətinin uşağın olub-olmadığını bilmək üçün şərt qoşulduğunu”– deyirlər. Lakin, qəsd edilən ancaq bu deyildir.
Talaq surəsinin 1-ci ayəsinin sonunda Allah belə deyir: “…Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir şey ortaya çıxaracaqdır.”
Yəni, aralarındakı sevgi yenidən bərpa oluna bilər.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/2282.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.