Sual: Məaric surəsinin 4-cü ayəsində bəhs edilən 50000 il ifadəsinin mənası nədir?
Cavab: Bəhs etdiyiniz Məaric surəsi belə başlayır: “Bir nəfər baş verəcək əzabı soruşdu. Kafirlər üçün o (əzabın) qarşısı alınmayacaq. (O əzab) liftlər sahibi Allahdandır. (Məaric 70/1-3.)
Məaric “lift”- deməkdir. Yəni, Qurani-Kərim, yerdən göy üzünə yüksələn liftlərdən bəhs edir. Mənə elə gəlir ki, bu qara dəlik dedikləri yerlər, bu liftlərin keçdiyi yerlərdir. Eyni zamanda Quran orda 7 yolun varlığından da bəhs etməkdədir. Doğrusunu Allah bilir. Hələki bu barədə ətraflı elmi tədqiqatlar aparılmamışdır. Əgər fizika, astronomiya sahəsində çalışan insanlarlar Qurani-Kərimlə bərabər lazım olan tədqiqatları aparsalar, həqiqətən özlərinin belə xəyalına gəlməyəcək nailiyyətləri əldə edərlər.
Sonrakı ayədə: “Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.” (Məaric 70/4.)
Yəni, Mələklər də Ruh da oradan enib, qalxırlar. Bütün insanların ruhu da oradan yuxarıya doğru yüksələcəkdir.
Mənə elə gəlir ki, qiyamətdən sonra yerin və bütün canlıların yenidən formalaşması, canlanması bu müddət (50000 il) ərzində olacaqdır. Eynilə bütün insanların toxumlarının ana rəhmi kimi olan torpaqda yenidən cücərməsi və olduqları yerin “dəvə hörgücü=Yəcüc və Məcüc” şəklində qabarması, hər birinə ruh üfləndikdən sonra 33 yaşında bir gənc olaraq oradan çıxması 50000 ili çəkəcəkdir. Bundan sonra hər şey yenidən məhşər günündə Allahın hüzurunda toplanacaqdır.
Ən doğrusunu Allah bilir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:
Axirətdə kim dünyada 1 gün, ya da daha az qaldığını güman edəcək?
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.