Sual: Faizin iqtisadiyyatdan qaldırılması üçün bir keçiş dövrü lazımdır deyənlər var. Bu nə qədər doğrudur?
Cavab: Faizin ortadan qaldırılması üçün keçid dövrü olmaz. İqtisadiyyata faiz qədər ziyan vuran heç bir şey yoxdur. Bunu daha asan başa düşmək üçün bir misalla izah edək:
Pulu insan bədənində dolaşan qan kimi təsvir edin. Vücudunuzda 5 litr qan varsa, bu qan daim bədəndə dövr etmək məcburiyyətindədir. Çünki, bu dövr edən qan, ciyərlərdən oksigeni alır, bədəndəki bütün hüceyrələrə paylayır və bədəndə olan bütün maddələr mübadiləsinə xidmət edir. Bilavasitə, qan dövranı bədənin inkişafda olması, sağlam qalması üçün normal şəkildə dövr etməlidir. İqtisadiyyatın da inkişafı, sağlam qalması üçün bazardakı pul, bədəndəki qan kimi dövr etməlidir. Əgər bədənin hər hansı bir yerində kiçik bir qan pıxtısı olarsa, bu qan pıxtısı həmin hissəni iflic vəziyyətinə salır. Bazarda dolaşan pullar da bankda toplanırsa, bazarı iflic edir və istiqrarsızlıq yaradır.
Bu bankı bədəndəki qanı toplayan bir mikroba bənzədin. Mikrob bədəndəki qanın 1 litrini əmərsə, ürək bədənə 5 litr əvəzinə 4 litr qanı dövr etdirməlidir. Bu zaman bədənin bütün orqanlarında istiqrarsızlıq baş verəcəkdir. Ürəyin ritmi dəyişir, kapilyarlara qan çatmır, maddələr mübadiləsi pozulmağa başlayır. Nəticədə bəzi orqanlar yavaş-yavaş sıradan çıxmağa başlayır. Eynilə bazarda kiçik sənayelərin, iş yerlərinin və xırda dükkanların iflas etməsi kimi. Bir dövlətdəki faizli bank sistemləri də bədəndəki qan dövranını əngəlləyən, digər orqanlarını iflic edən mikrob kimidir. Dövləti də iqtisadiyyatı da iflas etdirir.
Nəticədə, iqtisadiyyatda mal və xidmət daim dövr etməlidir. Bank qurulub, bazardakı pulu çəkdikdə isə, bazarı pulsuz buraxır və hər kəs pul sıxıntısı çəkməyə başlayır. Bank özü isə bazara bahalı, yəni faizli pul buraxır. Bu pul sıfır faizli də olsa, borclu pul olduğu üçün bahalı olmuş olur. Borca dayanan iqtisadi fəaliyyət bahalılığı da yanında gətirir. Bilavasitə, faiz nə qədər tez ortadan qaldırılarsa, hətta bir dəqiqə əvvəl ortadan qaldırılarsa, o qədər qazanc əldə edilmiş olar. Nəticədə bazar və iqtisadiyyat özünə gələr. Çünki, faiz qədər iqtisadiyyata zərər verən ikinci bir şey yoxdur!
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.