Müsəlmanlar

Bir kişinin varlı bir qadınla təkcə malına görə evlənməsi nə dərəcədə doğrudur?

Sual: Siz, “bir kişi varlı bir qadınla təkcə malına görə evlənirsə, qadına lazım olan dəyəri verməz.”- dediniz. Qurana görə kişi qadına necə dəyər verməlidir?

Cavab: Allah Təala, qadınla kişi arasında məvəddət (sevgi) yaratdığını ifadə edir. Evlilər arasında bu xüsusilə vacibdir. Belə bir sevgi olmazsa, evliliyin bir mənası yoxdur. Qəlbində bu sevgi olmayanın qarşı cinsə xaricdən (hər hansı bir niyyətlə) sevir kimi görünməsi daha pisdir. Nisə surəsinin 19-cu ayəsində belə buyurulur:

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.”

Kişi və qadın arasında evlənmə səbəbi mal olmamalıdır. Bəzi kişilər qadınlarla sırf malı üçün evlənir ki, qadın öldükdən sonra malı özünə qalsın. (Bir çox qadınlar da belədir. Varlı kişilərlə evlənirlər ki, onların malları özlərinə qalsın ya da dünyada istədiyi şeylərə sahib olsun.) Yuxarıdakı ayə, qadınlara belə varis olmanın halal olmadığını bildirir. Bir də ayədə, “kişilərin qadınlar üçün verdiyi kiçik bir malda belə təzyiq göstərməmələri” – ifadə edilir. Qısaca, ərlə arvad arasına mal davası girməməlidir.

Ayənin davamında, “(Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə…” Yəni, açıq-aydın həyasızlıq, zina etdiklərini görmüşsünüzsə, o zaman təzyiq göstərə bilərsiniz. “Verdiyim malı geri ver və heç kim eşitmədən mən səni boşuyum” – deyə təzyiq göstərə bilər. Qadın da “iftida”[1]etməklə yəni, məhkəməyə gedib “mən ərimdən boşanıram”– demək surətilə ərindən boşanmalıdır.

Bir kişi arvadının hər hansı bir xasiyyətindən xoşlanmırsa, ayə bunun da gözəl şəkildə yolunu göstərir: “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.”

Yəni, qadınlarda xoşlamadığınız bir cəhət görsəniz, bunu pisə yozmayın, bir-tərəfli baxmayın ola bilsin ki, bunda zərərdən çox fayda vardır. Siz onların yaxşı cəhətlərinə baxın.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Qadın varlı olduğu üçün mehir istəməsə nikahda bir problem olurmu?

http://www.muselmanlar.com/fitvalar/152.html

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1] İftida: Qadının ərindən boşanmaq hüququ.

[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []